Tural Eyvaz oğlu Mahmudov

İnfomasiya təminatı sektorunun müdiri

 

Mahmudov Tural Eyvaz oğlu 8 yanvar 1988-ci ildə anadan olub.

2005-2009-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini “Riyaziyyat” ixtisası üzrə bitirərək bakalavr, 2012-2015-ci illərdə Lənkəran Dövlət Universitetinin “Təbiət” fakültəsini “İnformatika” ixtisası üzrə bitirərək magistr elmi dərəcəsi alıb.

Cəlilabad rayonu Maşlıq və Çünzəli kənd tam orta məktəblərində  riyaziyyat müəllimi, Gədəbəy Rayon İcra Hakimiyyətində baş məsləhətçi, “VF Azərkredit” MMC-nin Gədəbəy filialında kredit mütəxəssisi, Təhsil İnstitutunun Strateji təhlil şöbəsində aparıcı mütəxəssis və S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasında direktor müavini vəzifələrində çalışıb.

Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin qalibidir.

Azərbaycan Respublikası təhsil nazirinin 13 sentyabr 2021-ci il tarixli əmri ilə Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.