03.04.2023

Şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan Bakı şəhəri 331 nömrəli ümumi orta məktəbə direktor vəzifəsinə işə qəbul üçün elan

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan 331 nömrəli ümumi orta məktəbə direktor vəzifəsinə işə qəbul üçün müsabiqə elan edir.

İşə qəbul prosesi iki mərhələdə (test və müsahibə) həyata keçiriləcək. Şagird sayı 151-dən 500-dək olan məktəblərdə direktor vəzifəsinə qəbul olunmaq istəyən namizədlər həm test, həm də müsahibə mərhələsində iştirak etməlidirlər.

 

Namizədlər üçün tələblər:

- pedaqoji ixtisas üzrə ali təhsil;

- 5 ildən az olmayaraq pedaqoji staj;

- hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməsi.

 

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

- kadrlar uçotunun şəxsi vərəqəsi;

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- əmək kitabçasının surəti;

- ali təhsil haqqında sənədin və əlavəsinin surəti.

Namizədlər tələb olunan sənədləri 11 aprel 2023-cü il tarixinədək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektoruna (Əlaqə: 146-1 (daxili: 6021)) təqdim etməlidirlər.

Təqdim olunmuş sənədlərə əsasən namizədlərin tələblərə uyğunluğu yoxlanıldıqdan sonra onlar müvafiq olaraq test mərhələsinə dəvət olunacaqlar.

 

Müsahibə zamanı namizədlər aşağıdakı meyarlara əsasən qiymətləndiriləcəkdir:

- vəzifə üzrə nəzəri biliklər;

- idarəetmə bacarıqları;

- şəxsi keyfiyyətlər.

Müsahibə zamanı namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndiriləcək. Hər meyar üzrə keçid balı 3-dür.

 

VAKANSİYA