19.10.2023

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə işə qəbul müsabiqəsi elan edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində aşağıda qeyd edilən vəzifələr üzrə işə qəbul ilə əlaqədar müsabiqə elan edilir:

 

Ümumi təhsil müəssisələri üzrə:

 

Vəzifə

İmtahan

Müsahibə

Qeydiyyat linki

1.

Təlim-tərbiyə işləri üzrə direktor müavini

var

var

link

2.

Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı

var

var

link

3.

Təsərrüfat işləri üzrə direktor müavini/ təsərrüfat müdiri

var

var

link

 


 

Namizədlərin nəzərinə!

 

      1. Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 19 - 28 oktyabr  2023-cü il tarixlərində müvafiq keçid vasitəsilə qeydiyyatdan keçməlidirlər.

            2. Qeydiyyat müddəti 19 oktyabr 2023-cü il tarixində başlamaqla 28 oktyabr 2023-cü il tarixində saat 23:59-da başa çatacaq.

              3. Qeydiyyatdan keçmiş namizədlər müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

 

Qeyd- 1: Müsabiqənin imtahan və müsahibə mərhələlərində uğur qazanmış namizədlərin vakansiyalara yerləşdirilməsi mərhələli şəkildə həyata keçiriləcək.

 

              Qeyd- 2: Vəzifə məlumatları ilə tanış olmaq zəruridir.