Respublika fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

2016-2017-ci tədris ili üzrə keçirilmiş məktəblilərin fənn olimpiadalarının başa çatdığını nəzərə alaraq nəticələrin elan edilməsi və qaliblərin mükafatlandırılması məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.14-cü bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. 2016-2017-ci tədris ili üzrə Respublika fənn olimpiadalarının nəticələri elan edilsin (əlavə olunur).

2. İnformasiya şöbəsi (E.Əliyev) əmrin çoxaldılıb yerlərə çatdırılmasını, “Azərbaycan müəllimi” qəzetində və Nazirliyin rəsmi internet səhifəsində dərc edilməsini təmin etsin.

3. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

Əsas: Fənn olimpiadaları münsiflər heyəti sədrlərinin yekun protokolları.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

24 may 2017-ci il

№66

 


Əlavə:

 

2016-2017-ci tədris ili üzrə Respublika fənn olimpiadalarının nəticələri