Azərbaycan Respublikası təhsil nazirinin 08 iyun 2017-ci il tarixli, 128 nömrəli əmrinin icrasını və ümumi təhsil məktəblərində “Son zəng” tədbirinin mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası təhsil nazirinin 08 iyun 2017-ci il tarixli, 128 nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilsin.
2. Ümumi təhsil sektoru (L.Şərəfxanova) “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində ümumi təhsil müəssisələrinin rəhbərlərinə zəruri tədbirlərin görülməsi istiqamətində müvafiq tövsiyyə və tapşırıqlar verilməsini təmin etsin.
3. Ümumi təhsil müəssisələrinin rəhbərləri:
3.1. “Son zəng” tədbirinin 14 iyun 2017-ci il tarixdə hər bir müəssisənin ərazisində təşkilini təmin etsinlər.
3.2. “Son zəng” tədbirinə məktəb icmalarının və ictimaiyyətin nümayəndələrinin, sabiq məzunların dəvət olunmasını təmin etsinlər.
4. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq ümumtəhsil məktəblərinə çatdırılmasını təmin etsin.
5. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi internet saytında yerləşdirilməsini və “Son zəng” tədbirinin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası təhsil nazirinin “Son zəng” tədbiri haqqında 08 iyun 2017- ci il tarixli 128 nömrəli əmri
Məhəbbət Vəliyeva
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
13 iyun 2017-ci il
№90