Ümumi təhsil məktəblərinin X sinfi üçün əsas tədris vəsaitlərinin (dərslik komplektlərinin) təsdiqi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03 iyul 2017-ci il tarixli 173 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

ƏMR EDİRƏM:

 

1. Ümumi təhsil məktəblərinin X sinfi üçün əsas tədris vəsaitlərinin (dərslik komplektlərinin) təsdiqi barədə  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03 iyul 2017-ci il tarixli 173 nömrəli əmri rəhbərlik və icra üçün qəbul olunsun.

2. Ümumi təhsil məktəblərinin X sinfi üçün kurikulum əsasında ilk dəfə hazırlanmış dərslik komplektlərinə (dərslik və metodik vəsaitlərə) nəşr hüququnun verilməsi nəzərə alınsın (1 nömrəli əlavə ).

3. Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin direktorlarına tapşırılsın ki, cari tədris ili bitdikdən sonra Təhsil Nazirliyinin 03 iyul 2017-ci il tarixli 173 nömrəli əmrinin 2 nömrəli əlavəsində qeyd olunan nəşrlərin kitabxana fondundan çıxarılmasını təmin etsinlər.

4. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) əmrdən irəli gələn məsələləri həll etsin.

5. Ümumi sektor (S.Rəsulova) əmrin surətinin çoxaldılaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzinə və Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinə çatdırılmasını təmin etsin.

6. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin idarənin rəsmi internet saytında

yerləşdirilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

    

Əsas: Ümumi təhsil məktəblərinin X sinfi üçün əsas tədris vəsaitlərinin (dərslik komplektlərinin) təsdiqi barədə  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03 iyul 2017-ci il tarixli 173 nömrəli əmri.

  

     

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

18 iyul 2017-ci il

                                                                                        №120