Son zəng tədbiri barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Ümumi təhsil müəssisələrində ənənəvi “Son zəng” tədbirinin mütəşəkkil keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin 12.06.2018-ci il tarixli, F-431 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

       

                                                    ƏMR EDİRƏM:

    

Azərbaycan Respublikası təhsil nazirinin 12.06.2018-ci il tarixli, F-431 nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilsin.

2. “Son zəng” tədbiri 14 iyun 2018-ci il tarixdə hər bir ümumi təhsil müəssisəsinin ərazisində təşkil edilsin.

Ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:

3.1. “Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və  ictimaiyyət nümayəndələrinin, sabiq məzunların dəvət olunması təşkil edilsin.

3.2. “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülsün.

4. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet saytında yerləşdirilməsini və “Son zəng” tədbirlərinin KİV-də işıqlandırılmasını təmin etsin.

5. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılıb ümumtəhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

 

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 12.06.2018-ci il tarixli, F-431 nömrəli əmri.

                   

 

Məhəbbət Vəliyeva,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

14 iyun 2018-ci il

  № F-226