2017/2018-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri tərəfindən daxil olmuş təqdimatları nəzərə alaraq
ƏMR EDİRƏM:
Ümumi təhsil sektoru (Ümumi təhsil sektorunun baş məsləhətçisi, müdir səlahiyyətlərini müvəqqəti icra edən F.Əsgərov) əmrin icrasından irəli gələn məsələləri həll etsin.
Ümumi sektor (S.Rəsulova) əmrin surətinin çoxaldılaraq aidiyyəti üzrə Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinə çatdırılmasını təmin etsin.
İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.
Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08.06 2017-ci il tarixli 129 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”.
Məhəbbət Vəliyeva,
Nazir müavini, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri vəzifəsini icra edən
12 iyul 2018-ci il
№ F-239