Azərbaycan Respublikası təhsil nazirinin 26.07.2021-ci il tarixli F-372 nömrəli əmri ilə təsdiq olunmuş “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və 30 noyabr 2021-ci il tarixinədək görülmüş işlər barədə hesabatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etsinlər.
3. İnkişaf layihələri sektoru (G.Qurbanova) və Ümumi təhsil sektoru (A.Əzizov) yubiley ilə bağlı təşkilati işlərin həyata keçirilməsini təmin etsinlər.
4. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
5. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 26.07.2021-ci il tarixli F-372 nömrəli əmri.
Mehriban Vəliyeva,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
30 iyul 2021-ci il
№ F-171