Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi ilə bağlı ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 28.02.2022-ci il tarixli F-103 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 28.02.2022-ci il tarixli F-103 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.
2. 2022-ci ilin aprel ayında “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsinin keçirilməsi nəzərə alınsın.
3. Müsabiqə iştirakçılarının təklif edilən 10 mövzudan biri üzrə çıxışının videotəqdimatının “Ən yaxşı təqdimat” müsabiqəsinin iştirakçılarının qiymətləndirilmə meyarları”na əsasən qiymətləndiriləcəyi nəzərə alınsın (əlavə edilir).
4. Müsabiqənin işçi qrupunun tərkibi təsdiq edilsin (əlavə edilir).
5. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları 14.03.2022-ci il tarixədək müsabiqənin şəhər mərhələsində iştirak edəcək şagirdlərin müəyyənləşdirilməsini təmin etsinlər.
6. İnkişaf layihələri sektoru (G.Qurbanova) və Ümumi təhsil sektoruna (F.Babayev) tapşırılsın:
6.1. Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar ümumi təhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi ilə bağlı təhsil müəssisələrini təlimatlandırsınlar;
6.2. Müsabiqəyə hazırlıqla bağlı məsələlərin həllində ümumi təhsil müəssisələrinə köməklik göstərilməsini təmin etsinlər;
6.3. Ümumi təhsil müəssisələrinin müsabiqədə yüksək səviyyədə iştirakını təmin etsinlər.
7. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələri ilə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
8. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və əlavələrinin İdarənin internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət müdir müavini H.Əsgərova həvalə edilsin.
Əsas: Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 28.02.2022-ci il tarixli F-103 nömrəli əmri.
Mehriban Vəliyeva,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
3 mart 2022-ci il
№ F-89
“Ən yaxşı təqdimat” müsabiqəsində şagirdlərin təqdimat edəcəyi mövzular