Tədbirlər Planının icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, müəllim-şagird, şagird-şagird əməkdaşlığının inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, dövrün qlobal problemlərinin həllinə dəstək verilməsi məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində 2022-ci ilin aprel-dekabr aylarında Yaşıl layihə: “Təbiəti qoruyanlar” adlı layihə keçirilsin. 2. Layihənin icrası bu əmrə əlavə olunmuş Tədbirlər Planına uyğun həyata keçirilsin (əlavə olunur).

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planına uyğun olaraq layihənin həyata keçirilməsini təmin etsinlər və 20 dekabr 2022-ci il tarixədək görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə məlumat versinlər.

4. İnkişaf layihələri sektoru (Günay Qurbanova) bu əmrdən irəli gələn məsələləri həll etsin. 5. Maliyyə və mühasibatlıq sektoru (Elmira Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

6. Təminat və təchizat sektoru (Səccət Mahmudov) layihənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

7. Ümumi sektor (Sevinc Rəsulova) əmrin əlavə ilə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

8. İctimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin rəsmi internet saytında yerləşdirilməsini və layihənin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.

9. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun. Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2022-ci il üçün Fəaliyyət planı.

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri

18 mart  2022-ci il

                                                                                        № F-138


Tədbirlər planı