Bakı şəhəri ümumi təhsil müəssisələrində yay məktəblərinin təşkili barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Koronavirus (COVİD) pandemiyası ilə bağlı 2019-2020-ci, 2020-2021-ci və qismən 2021-2022-ci tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi və Azərbaycan Respublikası təhsil nazirinin 10 iyun 2022-ci il tarixli, F-371 nömrəli əmrinin icrasının təmin edilməsi məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. 2022-ci ilin 16-30 iyun tarixlərində Bakı şəhəri ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla yay məktəbləri təşkil olunsun.

3. Ümumi təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Təlimata (əlavə olunur) uyğun olaraq yerlərdə yay məktəbinin təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

4. Ümumi təhsil sektoru (Fuad Babayev) və Təlimə Dəstək Mərkəzi (İlkin Həsənov) yay məktəbinin təşkili ilə bağlı təşkilati işləri həyata keçirsin.

5. Maliyyə və mühasibatlıq sektoru (Elmira Mehdiyeva) yay məktəbinin təşkilindən irəli gələn maliyyə məsələlərini həll etsin.

6. Təminat və təchizat sektoru (Səccət Mahmudov) yay məktəbinin təşkilindən irəli gələn təchizat məsələlərini həll etsin.

7. Ümumi sektor (Sevinc Rəsulova) əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

8. İctimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin və yay məktəbinin təşkili ilə əlaqədar həyata keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

9. Əmrin icrasına nəzarət müdir müavini Xəyalə Əhmədzadəyə həvalə edilsin.

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 10 iyun 2022-ci il tarixli, F-371 nömrəli əmri.

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri

13 iyun 2022-ci il

                                                                                        № F-219