Təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı tədbirlərin təşkil edilməsi ilə əlaqədar “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 12.01.2023-cü il tarixli 3-29/3-2-03F/2023 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və 10 fevral 2023-cü il tarixinədək görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat versinlər.
3. İnkişaf layihələri sektoru (Günay Qurbanova) və Ümumi təhsil sektoru (Fuad Babayev) bu əmrdən irəli gələn məsələləri həll etsinlər.
4. Ümumi sektor (Sevinc Rəsulova) əmrin əlavəsi ilə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.
5. İctimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin rəsmi internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə edilsin.
Əsas: “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 12.01.2023-cü il tarixli 3-29/3-2-03F/2023 nömrəli əmri.
Mehriban Vəliyeva,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
13 yanvar 2023-cü il
№ F-03