13.11.2026

Məktəbəhazırlıq qruplarına qeydiyyat və məktəb seçimi davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqların əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2026–2027-ci tədris ili üzrə qeydiyyat və məktəb seçimi prosesi davam edir.

Valideynlər övladlarının qeydiyyatını mektebeqebul.edu.az elektron portalı vasitəsilə həyata keçirə bilərlər.

Qeyd edək ki, valideynlər yalnız 2021-ci il təvəllüdlü (cari ildə 5 yaşı tamam olan) uşaqlar üçün müraciət edə bilərlər.