“Son zəng” tədbiri haqqında Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Ümumi təhsil müəssisələrində ənənəvi ”Son zəng” tədbirinin keçirilməsi barədə  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin  03.06. 2024-cü il tarixli, 3-29-69/3-2-12F/2024 nömrəli əmrinin icrasının təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 03.06.2024-cü il tarixli, 3-29-69/3-2-12F/2024 nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilsin.

2. “Son zəng” tədbiri 14 iyun 2024-cü il tarixdə hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zalında təşkil olunsun.

3. Ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:

3.1. “Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assossiasiyaları və ictimaiyyətin nümayəndələrinin dəvət olunması tövsiyə edilsin.

3.2. “Son zəng”in keçirilməsi müddətində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülsün.

4. Media və ictimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi internet saytında yerləşdirilməsini və “Son zəng” tədbirlərinin KİV-də işıqlandırılmasını təmin etsin.

5. Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektoru (Kamran Əliyev) əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

6. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 03.06.2024-cü il tarixli, 3-29-69/3-2-12F/2024 nömrəli əmri.

 

Nərminə Hüseynova

Azərbaycan Respublikası Elm və Təhsil

Nazirliyi yanında Məktəbəqədər və Ümumi

Təhsil üzrə Dövlət Agentliyinin direktor

müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil

İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən

10 iyun 2024-cü il

                                                                                        № 3-29-59/3-2-279F/2024