Azərbaycan Respublikası təhsil nazirinin “Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün qeyd edilməsi barədə” 09.02.2016-cı il tarixli 66 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası təhsil nazirinin “Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün qeyd edilməsi barədə” 09.02.2016-cı il tarixli 66 nömrəli əmri icra üçün qəbul edilsin.
2. Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün qeyd edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
3.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunmuş tədbirlərin yüksək səviyyədə keçirilməsini təmin etsin.
4.Tədbirlər Planına müvafiq olaraq ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində 2016-cı ilin fevral ayı ərzində Xocalı soyqırımına həsr olunmuş geniş tədbirlər həyata keçirilsin.
5.Təhsil müəssisələrinin rəhbərləri əmrin icrası ilə əlaqədar görülmüş işlər barədə hesabatları 29 fevral 2016-cı il tarixədək Təhsil İdarəsinə təqdim etsinlər.
6.Ümumi sektor (S.Rəsulova) əmrin və Tədbirlər Planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
7.İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) əmrin və Tədbirlər Planının icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.
8.Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 09.02.2016-cı il tarixli 66 nömrəli əmri
Məhəbbət Vəliyeva
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
15 fevral 2016-cı il
№78