Yaradıcılıq sahəsində xüsusi istedada malik uşaq və gənclərin üzə çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi ilə əlaqədar “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 27 sentyabr 2016-cı il tarixli 635 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Təhsil nazirinin “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin keçirilməsi barədə 27 sentyabr 2016-cı il tarixli 635 nömrəli əmri icra üçün qəbul olunsun.
2. Müsabiqənin Bakı şəhər mərhələsinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).
3. Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işləri həyata keçirsinlər.
4. Müsabiqənin Bakı şəhər mərhələsi 17 oktyabr 2016-cı il tarixdə keçirilsin.
5. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsin.
6. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
7. İctimaiyyətlə əlaqə sektoru (B.Məmmədov) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət müdir müavini M.Kəsəmənliyə həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 27 sentyabr 2016-cı il tarixli 635 nömrəli əmri.
Məhəbbət Vəliyeva
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
5 oktyabr 2016-cı il
№318