Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma vətənə sevgi, məhəbbət hisslərini aşılamaq, onlar arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaq məqsədilə
ƏMR EDİRƏM:
1. Xocalı faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar Bakı şəhəri ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri arasında “Xocalısız 25 il” mövzusunda rəsm-sərgi müsabiqəsi 2017-ci ilin fevral ayında keçirilsin.
2. Müsabiqənin Əsasnaməsi və Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).
3. Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işləri həyata keçirsinlər.
4. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A. Əzizov) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsin.
5. Ümumi sektor (S. Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
6. İctimaiyyətlə əlaqələr sektoru (B. Məmmədov) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin.
Əsas: Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun Fəaliyyət planı.
Məhəbbət Vəliyeva
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
27 yanvar 2017-ci il
№36