Azərbaycan Respublikası təhsil nazirinin “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi barədə” 02.02.2017-ci il tarixli 71 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası təhsil nazirinin 02.02.2017-ci il tarixli 71 nömrəli əmri icra üçün qəbul edilsin.
2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi barədə” Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
3. Tədbirlər Planına müvafiq olaraq ümumi və məktəbdənkənar təhsil müəssisələrində 2017-ci ilin fevral ayı ərzində Xocalı soyqırımına həsr olunmuş geniş tədbirlər həyata keçirilsin.
4. Ümumi sektor (S.Rəsulova) əmrin və Tədbirlər Planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
5. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər Planının icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 02.02.2017-ci il tarixli 71 nömrəli əmri.
Məhəbbət Vəliyeva
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
8 fevral 2017-ci il
№63
Əlavə: