Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2017-ci il tarixli 3059 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

 

1. Şövkət Məmmədovanın 120 illik yubileyi ilə bağlı “Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan MR Təhsil Nazirliyi, rayon (şəhər) təhsil şöbələri (idarələri), ali və orta ixtisas təhsili müəssisələri, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsini təmin etsin və görülmüş işlər barədə 25 dekabr 2017-ci il tarixinədək Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.

3. Aparat rəhbəri vəzifəsini icra edən, İnformasiya şöbəsinin müdiri (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, Nazirliyin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.

4.Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova  həvalə edilsin.

Əsas: “Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2017-ci il tarixli 3059 nömrəli Sərəncamı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 10 avqust 2017-ci il tarixli 188 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planı.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

18 sentyabr 2017-ci il

№288


 

Əlavə:

 

Şövkət Məmmədovanın  120 illik yubileyi ilə bağlı Tədbirlər Planı