“Gənc  fiziklərin  yaradıcılıq müsabiqəsi”nin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Bakı şəhər məktəblilərinin fizika elminə  olan marağının daha da artırılması, bu sahədə nəzəri  və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Bakı şəhəri ümumtəhsil məktəbləri  və uşaq-gənclər inkişaf mərkəzlərinin IX-XI  sinif şagirdləri arasında “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” 2017-ci  ilin noyabr-dekabr aylarında  keçirilsin.

2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur). 

3. Müsabiqənin rayonlar üzrə keçirilməsinə cavabdehlik aşağıdakı müəssisə rəhbərlərinə   tapşırılsın.

Yasamal, Sabunçu və  Pirallahı rayonları –Gülarə Quluzadə (4 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru)

Nərimanov, Xətai və Suraxanı   rayonları – Könül Mustafayeva  (5 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru)

Binəqədi və Nəsimi  rayonları- Ziyat Nəbiyev (6 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru)                         

Qaradağ və  Səbail rayonları - Elvira Mirzəyeva (7 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru) 

Nizami və Xəzər rayonları - Təranə Aslanova (8 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru)  

4.Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq   müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

5. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin yüksək səviyyədə keçirilməsini  təmin etsin.

6. Təlimə Dəstək Mərkəzi (S.Bektaşi) müsabiqə ilə bağlı təşkilati-metodiki işləri həyata keçirsin.

7. Ümumi sektor (S.Rəsulova) əmrin  əlavələrlə birlikdə çoxaldılıb yerlərə  çatdırılmasını təmin etsin.

8. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet  saytında yerləşdirilməsini  təmin etsin. 

9.  Əmrin icrasına nəzarət müdir müavini N.Səfərovaya  həvalə edilsin.

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  Fəaliyyət planı.

 

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

15 noyabr 2017-ci il

                                                                                        №228


 

“Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin keçirilməsi barədə əsasnamə