Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma vətənə sevgi, məhəbbət hisslərini aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədilə
ƏMR EDİRƏM:
1. “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Tədbirlər planına müvafiq olaraq ümumtəhsil məktəblərində və uşaq – gənclər inkişaf mərkəzlərində 2018-ci ilin fevral ayı ərzində Xocalı soyqırımı ilə bağlı geniş tədbirlər həyata keçirilsin.
3. Təhsil müəssisələrinin rəhbərləri Tədbirlər planının icrasını təmin etsinlər və mütəmadi olaraq görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat versinlər.
4. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar tədbirlərin yüksək səviyyədə təşkilini həyata keçirsin və görülmüş işlər haqqında ümumiləşdirilmiş hesabatı 01 mart 2018-ci il tarixədək rəhbərliyə təqdim etsin.
5.Ümumi sektor (S.Rəsulova) əmrin və Tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
6. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər planının icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.
7.Əmrin icrasına nəzarət müdir müavini N. Səfərovaya həvalə edilsin.
Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət planı.
Rəşad Tağıyev
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir
səlahiyyətlərini müvəqqəti icra edən, müdir müavini
2 fevral 2018-ci il
№F55
“Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” Tədbirlər Planı