Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə” 16.02.2018 – ci il tarixli F-84 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər planının 6-cı bəndinin icrasını təmin etmək, Şərqdə ilk demokratik respublika qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, vətənpərvərlik hisslərini daha da artırmaq, nitq mədəniyyətlərini formalaşdırmaq və bədii qiraət sahəsində isdedadlı şagirdləri müəyyənləşdirmək məqsədi ilə
ƏMR EDİRƏM:
1. Bakı şəhərinin ümumtəhsil məktəblərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında 2018-ci ilin mart-aprel aylarında ““Azərbaycan Xalq Cümhuriyyəti ili” milli özünüdərkin gerçəkləşməsi üçün zəmindir” adlı “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).
3. Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.
4. Müsabiqənin rayonlar üzrə keçirilməsinə cavabdehlik aşağıdakı müəssisə rəhbərlərinə tapşırılsın.
Yasamal, Sabunçu və Pirallahı rayonları –Gülarə Quluzadə (4 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru)
Nərimanov, Xətai və Suraxanı rayonları – Könül Mustafayeva (5 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru)
Binəqədi və Nəsimi rayonları- Ziyat Nəbiyev (6 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru)
Qaradağ və Səbail rayonları - Elvira Mirzəyeva (7 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru)
Nizami və Xəzər rayonları - Təranə Aslanova (8 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru)
5. Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov), Ümumi təhsil sektoru (L.Şərəfxanova) və Təlimə Dəstək Mərkəzi (S.Bektaşi) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsinlər və nəticələri barədə 30 aprel 2018-ci il tarixdə rəhbərliyə məlumat versinlər.
6. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqə qaliblərinin mükafatlandırılması ilə əlaqədar məsələləri həll etsin.
7. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) əmrin icrasından irəli gələn təchizat məsələlərinin həll olunmasını təmin etsin.
8. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və müsabiqənin təşkili və keçirilməsi ilə əlaqədar məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.
9. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
10. Əmrin icrasına nəzarət müdir müavini N. Səfərovaya həvalə edilsin.
Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə” 16.02.2018 – ci il tarixli F-84 nömrəli əmri.
Məhəbbət Vəliyeva,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
14 mart 2018-ci il
№ F-134