Azərbaycanın xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası təhsil nazirinin 10.04.2019-cu il tarixli, F-175 nömrəli “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” əmrinin icrasını təmin etmək, azərbaycanlı nasir, ədəbiyyatşünas, yazıçı və publisist İsmayıl Şıxlının ədəbi-bədii yaradıcılığı haqqında məktəbliləri məlumatlandırmaq məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycanın xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı (Əlavə 1) və təşkilat komitəsinin tərkibi (Əlavə 2) təsdiq edilsin.

2. Ümumtəhsil müəssisələri və Uşaq-gənclər inkişaf mərkəzlərinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və 10 dekabr 2019-cu il tarixinədək görülmüş işlərin icrası barədə hesabatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etsinlər.

3. Ümumi təhsil sektoru (S.Bektaşi) yubiley ilə bağlı təşkilati işlərin həyata keçirilməsini təmin etsin.

4. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

5.  İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin internet saytında  yerləşdirilməsini və keçirilən tədbirlərin  kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.

6.  Əmrin icrasına nəzarət müdir müavini İ.Abdullayevaya   həvalə olunsun.

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 10.04.2019-cu il tarixli, F-175 nömrəli əmri.

 

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

25 aprel  2019-cu il

                                                                                        № F-200


 

Tədbirlər Planı