Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələri və Uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdlərinin biologiya elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılması məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələri və Uşaq-gənclər inkişaf mərkəzlərinin 9-11-ci sinif şagirdləri arasında “Gənc bioloqların yaradıcılıq müsabiqəsi” keçirilsin.
2. Müsabiqənin Əsasnaməsi (Əlavə 1), Təşkilat Komitəsinin tərkibi (Əlavə 2) və müsabiqədə iştirak üçün Sifariş forması (Əlavə 3) təsdiq edilsin.
3. Ümumtəhsil müəssisələri və Uşaq-gənclər inkişaf mərkəzlərinin rəhbərləri müsabiqənin təqdim olunan Əsasnaməyə uyğun olaraq yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.
4. Ümumi təhsil sektoru (S.Bektaşi) müsabiqə ilə bağlı təşkilati işləri həyata keçirsin.
5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqə ilə bağlı maliyyə məsələlərini həll etsin.
6. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet saytında yerləşdirilməsini və müsabiqənin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
8. Əmrin icrasına nəzarət müdir müavini İ.Abdullayevaya həvalə edilsin.
Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət planı.
Rəşad Tağıyev,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
13 may 2019-cu il
№ F-221
“Gənc bioloqların yaradıcılıq müsabiqəsi”nin keçirilməsi barədə Əsasnamə