Şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, 2016-cı ildə baş vermiş “Aprel döyüşləri”ndə şəhid olan vətənpərvər oğullarımızın xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq va gənclərin diqqətini cəlb etmək, habelə şagirdlərin bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (bundan sonra – İdarə) tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında 2016-cı ildə baş vermiş “Aprel döyüşləri”ndə şəhid olmuş qəhrəman əsgərlərin xatirəsinə həsr edilmiş “Böyük zəfərin başlanğıcı!” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilsin.
2. Müsabiqə 2020-ci ilin aprel ayı ərzində həyata keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).
3.Ümumtəhsil sektoru (F.Babayev), təqdim olunan əsasnaməyə uyğun olaraq müsabiqənin təşkili ilə əlaqədar işləri təmin etsin.
4.Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.
5. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet saytında yerləşdirilməsini və müsabiqənin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin. .
6.Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb aidiyyəti struktur bölmələrə çatdırılmasını təmin etsin.
7.Əmrin icrasına nəzarət müdir müavini İ. Abdullayevaya həvalə edilsin.
Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2020-cu il üçün Fəaliyyət planı
Rəşad Tağıyev,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
20 aprel 2020-ci il
№ F-107