Əmrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası Prezidentinin “Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” 11 avqust 2020-ci il tarixli  2206 nömrəli Sərəncamı və Azərbaycan Respublikası Təhsil nazirinin 16 avqust 2020-ci il tarixli F-435 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1. Azərbaycan Respublikası Təhsil nazirinin 16 avqust 2020-ci il tarixli F-435 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. “Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

3. İdarənin struktur bölmə rəhbərləri bu əmrin 2-ci bəndi ilə təsdiq olunmuş Tədbirlər Planında nəzərdə tutulan aidiyyəti tədbirlərin rəhbərlik etdikləri struktur bölmənin iş planına daxil edilərək icra olunmasını və görülmüş işlər barədə hesabat hazırlayıb cari ilin dekabr ayının 10-dək rəhbərliyə təqdim edilməsini təmin etsinlər.

4. Ümumi təhsil sektoru (F.Babayev) Tədbirlər Planının icrası üzrə ümumiləşdirilmiş hesabatın Təhsil Nazırliyinə təqdim olunmasını təmin etsin.

5. İctimaiyyətlə əlaqələr sektoru (B. Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin internet  saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin. 

6. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılaraq yerlərə çatdırılmasını təmin etsin.

7.  Əmrin icrasına nəzarət İ. Abdullayevaya həvalə edilsin.

Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 16 avqust 2020-ci il tarixli F-435 nömrəli əmri.

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

7 oktyabr 2020-ci il

                                                                                        № F-192


Tədbirlər planı