“20 Yanvar faciəsinin otuz birinci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası təhsil nazirinin “20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 14 yanvar 2021-ci il tarixli, F-05/01 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

                      ƏMR EDİRƏM:                                    

 

1. Azərbaycan Respublikası təhsil nazirinin “20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 14 yanvar 2021-ci il tarixli,  F-05/01 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “20 Yanvar faciəsinin otuz birinci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

3. Ümumi təhsil müəssisələrində və Uşaq-gənclər inkişaf mərkəzlərində 19 yanvar 2021-ci il tarixdə tədbirlər planına müvafiq olaraq milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş xüsusi dərslərin, mühazirələrin, seminarların, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların (onlayn) təşkili həyata keçirilsin. 

4. Əmrin icrası ilə əlaqədar ümumi təhsil müəssisələrində və Uşaq-gənclər inkişaf mərkəzlərində görülmüş işlər barədə hesabatlar 2021-ci il 31 yanvar tarixinədək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim edilsin.

5. Ümumi təhsil sektoru (F.Babayev) 20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı tədbirlərin (onlayn) keçirilməsini təmin etsin.

6. Ümumi sektor (S.Rəsulova) əmrin və Tədbirlər planının çoxaldılıb yerlərə çatdırılması təmin etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər planının icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi inormasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

8.  Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas:  Azərbaycan Respublikası təhsil nazirinin 14 yanvar 2021-ci il tarixli,  F-05/01  nömrəli əmri

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

1yanvar 2021-ci il

                                                                                        № F-06


Tədbirlər Planı