Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Ən yaxşı videotəqdimat” müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsi, Nizami sənətinin öyrənilməsi və tanıdılması, eyni zamanda dərnək rəhbərləri ilə aparılan işlərin daha da gücləndirilməsi, tədrisə müasir yanaşma prinsiplərinin öyrənilib təbliğ olunması və bacarıqlı, mütərəqqi fikir, düşüncəli dərnək rəhbərlərinin üzə çıxarılması məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin  15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Ən yaxşı videotəqdimat” müsabiqəsi  təhsil müəssisələrinin dərnək rəhbərləri  arasında  2021-ci ilin may - iyun aylarında keçirilsin.

2. Müsabiqənin Əsasnaməsi (Əlavə 1) və Təşkilat Komitəsinin tərkibi (Əlavə 2) təsdiq edilsin.

3. Ümumi təhsil sektoru (F.Babayev) təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin  təşkili ilə əlaqədar müvafiq tədbirlərin görülməsini təmin etsin.

4. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

5. Təminat və təchizat sektoru (M.İbrahimov) müsabiqənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin.  

6. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və müsabiqənin Əsasnaməsinin İdarənin internet saytında  yerləşdirilməsini və müsabiqənin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin. 

7. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə  birlikdə çoxaldılıb aidiyyəti yerlərə çatdırılmasını təmin etsin.

8. Əmrin icrasına nəzarət müdir müavini X.Əhmədzadəyə həvalə edilsin.

Əsas: Bakı Şəhəri  üzrə  Təhsil  İdarəsinin  2021-ci  il  üçün Fəaliyyət  planı.

 

 

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

4 may 2021-ci il

                                                                                        № F-107

 


 

Əlavə 1