Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun fəaliyyət istiqamətləri 

Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun fəaliyyət istiqamətləri təhsil müəssisələrində məktəbdənkənar təhsil siyasətinin formalaşdırılmasında iştirak etmək, təhsil müəssisələrində məktəbdənkənar təhsilin istiqamətləri üzrə işləri tənzimləmək, təhsil müəssisələrində tərbiyə işinin təşkilinə və məktəbdənkənar təhsil sahəsinə dair mövcud qanunvericiliyin yerinə yetirilməsinə ümumi rəhbərliyi həyata keçirməkdir.

Sektorun başlıca vəzifələri isə məktəbdənkənar təhsilin prioritet istiqamətlərinin formalaşdırılması və bu istiqamət üzrə müvafiq zəruri tədbirlərin həyata keçirilməsi, uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının müəyyənləşdirilməsi və оnların yaradıcılıqlarının, asudə vaxtlarının təşkili, şagirdlərin tərbiyəsi, onların zərərli vərdişlərdən qorunması ilə bağlı maarifləndirmə    mexanizmlərinin təşkil edilməsi və daim təkmilləşdirilməsindən ibarətdir.