“Ekoerudit” məktəblilərin ekoloji breyn-rinq bilik yarışının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri

“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin yerinə yetirilməsi və məktəblilərin ekoloji  maarifləndirilməsinin genişləndirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə 2015-ci ildə “Ekoerudit”  məktəblilərin ekoloji breyn-rinq bilik yarışının keçirilməsi barədə Əsasnaməni rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1.“Ekoerudit”  məktəblilərin  Respublika  ekoloji breyn - rinq bilik yarışının Bakı şəhər zona turu 3-5 dekabr 2015-ci il tarixlərdə keçirilsin.
2.Yarışın Bakı şəhər zona turunun keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibi təsdiq  edilsin (əlavə olunur).
3.Əsasnaməyə uyğun olaraq yarışın birinci mərhələsində şəhərin hər bir rayonu üzrə qalib gəlmiş bir komandanın sifarişi hesabatla birlikdə 2015-ci il noyabrın  30 - dək zona mərhələsində iştirak etmək üçün Təşkilat Komitəsinə təqdim olunsun (Əsasnamə və sifariş forması əlavə olunur).
4.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) bilik yarışının yüksək səviyyədə keçirilməsini təmin etsin.
5.Bilik yarışının rayonlar üzrə keçirilməsinə cavabdehlik aşağıda adları qeyd olunan məktəbdənkənar təhsil müəssisələrinin rəhbərlərinə    tapşırılsın:
Pirallahı rayonu  - Bəşirova Sevda (29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktoru).
Sabunçu rayonu  -  İldarova Səriyyə (47 nömrəli Məktəbdənkənar iş Mərkəzinin direktoru).
Yasamal rayonu - Quluzadə Gülarə (24 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin direktoru).
Nəsimi rayonu - Muğalova  Mehriban (46 nömrəli Məktəbdənkənar Tərbiyə işi Mərkəzinin direktoru).
Binəqədi rayonu  - Həsənov Məmmədəli (42 nömrəli Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktoru).
Nərimanov  və Nizami rayonları - Təhməzova Fatma (21 nömrəli Uşaq  Yaradıcılıq  Mərkəzinin direktoru).
Səbail və Qaradağ rayonları - İsmayılova İradə (44 nömrəli Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru).
Suraxanı və Xətai rayonları  - Cəlalov Salam (45 nömrəli Şagirdlərin Ekoloji Tərbiyə Mərkəzinin direktoru).
Xəzər rayonu - Yaqubova Tamilla (43 nömrəli Şagirdlərin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin  direktoru).
6.Yarışın Bakı şəhər zona turunun qaliblərinin mükafatlandırılması ilə əlaqədar lazımi  tədbirlərin görülməsi müdir müavini N.Səfərovaya tapşırılsın.
7.Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
8.İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.
9.Əmrin icrasına nəzarət müdir müavini M.Kəsəmənliyə həvalə edilsin.
 
Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə 2015-ci ildə  “Ekoerudit” məktəblilərin ekoloji breyn-rinq bilik yarışının keçirilməsi barədə Əsasnamə.                                                 
 
 
                 Nazir müavini,
         Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
                 müdir səlahiyyətlərini müvəqqəti icra edən:
Ceyhun Bayramov
25.11.2015