General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında”  20.10.2015-ci il tarixli, 1012 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.10.2015-ci il tarixli, 1012 nömrəli əmri icra üçün qəbul edilsin.

2. “General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında” Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

3.Ümumtəhsil və məktəbdənkənar  təhsil müəssisələrinin rəhbərləri Tədbirlər  Planının icrasını təmin etsinlər və görülmüş işlər barədə hesabatları 21 dekabr 2015-ci il tarixədək Təhsil İdarəsinə təhvil versinlər.

4.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) Tədbirlər Planının yüksək səviyyədə həyata  keçirilməsini təmin etsin.

5.Ümumi sektor (S.Rəsulova) əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə çatdırılmasını  təmin etsin.

6.İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) Tədbirlər Planının icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

7.Əmrin icrasına nəzarət müdir müavini M.Kəsəmənliyə həvalə edilsin.

 

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.10.2015-ci il tarixli, 1012 nömrəli əmri.

 

 

        Nazir müavini,

        Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin

        müdir  səlahiyyətlərini müvəqqəti   icra edən

Ceyhun  Bayramov

03.11.2015-ci il

 


 

                                                                  Bakı  Şəhəri üzrə Təhsil  İdarəsinin                           

                                                                  “___” ___________ 2015-ci il tarixli

                                                                    ___ №-li əmri ilə təsdiq edilmişdir.

 

 

Təhsil müəssisələrində “General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında”  Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin

T Ə D B İ R L Ə R     P L A N I

 

 

Tədbirin adı

İcraçılar

İcra müddət

1

Təhsil müəssisələrində “General Səməd bəy Mehmandarov və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi" mövzusunda söhbətlərin, mühazirələrinin təşkili

Məktəbdənkənar fəaliyyətin təşkili  və Ümumtəhsil

sektorları

Noyabr

2

Ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində “General Səməd bəy Mehmandarov  və müasir gənclik” mövzusunda tanınmış tarixçi alimlərin, müharibə veteranlarının və Azərbaycanın Milli Qəhrəmanlarının iştirakı ilə dəyirmi masaların və tədbirlərin keçirilməsi

Məktəbdənkənar fəaliyyətin təşkili  və Ümumtəhsil

sektorları, Təhsil müəssisələri

Noyabr-dekabr

3

Təhsil müəssisələrində  General Səməd bəy Mehmandarovun həyat və hərbi fəaliyyətinə həsr olunmuş fotostendlərin və rəsm sərgilərinin təşkili

Məktəbdənkənar fəaliyyətin təşkili  sektoru, Təhsil müəssisələri

Noyabr-dekabr

4

Ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində General Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə bağlı tədbirlərin kütləvi informasiya vasitələri və televiziya proqramlarında işıqlandırılması

Məktəbdənkənar fəaliyyətin təşkili  və İctimaiyyətlə əlaqə sektorları

Noyabr-dekabr