“Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin keçirilməsi barədə Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdirinin əmri 

Bakı şəhər məktəblilərinin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Bakı şəhəri ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin VIII-X sinif şagirdləri arasında 2016-cı ilin yanvar-mart  aylarında “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirilsin.

2.Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3.Müsabiqənin rayonlar üzrə keçirilməsinə cavabdehlik aşağıdakı müəssisə rəhbərlərinə tapşırılsın:

Nəsimi və Nərimanov rayonları – Bağırov Altay (37 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin       direktoru)

Binəqədi rayonu   – Qaralov  Həsən (34 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru)

Səbail və Yasamal rayonları –  Orucov Mehbalı (35 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru)

Qaradağ rayonu  –  Əliyeva Aynur   (41 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru)

Nizami və Xətai rayonları – Aslanova Təranə  (36 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru)

Suraxanı rayonu  –  Həsənov  Sabiq    (40 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktoru)

Sabunçu rayonu   – Sultanova Qənirə  (39 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktor əvəzi)

Xəzər və Pirallahı rayonları –Rəhimov Rafiq (38 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin direktor   əvəzi)

4.Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan  Əsasnaməyə uyğun olaraq   müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

5.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin yüksək səviyyədə keçirilməsini  təmin etsin.

6.Müsabiqə qaliblərinin mükafatlandırılması ilə əlaqədar lazımi tədbirlərin görülməsi  müdir müavini N.Səfərovaya tapşırılsın.

7.Ümumi sektor (S.Rəsulova) əmrin  əlavələrlə birlikdə çoxaldılıb yerlərə  çatdırılmasını təmin etsin.

8.İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet  saytında yerləşdirilməsini  təmin etsin. 

9.Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin.

 

Əsas: Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun Fəaliyyət planı.

 

Məhəbbət Vəliyeva

Bakı  Şəhəri  üzrə Təhsil

     İdarəsinin müdiri

14.01.2016-cı il