Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 20 illiyi ilə əlaqədar məktəblilər arasında maarifləndirmə işinin aparılması, Konstitusiyanın mahiyyəti, əsasları və prinsiplərinin öyrədilməsi, hüquqi biliklərin daha da artırılması və hüquqi dövlət quruculuğunda fəal iştiraka hazırlanmaları məqsədi ilə
ƏMR EDİRƏM:
1.Bakı şəhəri ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında 2015-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə həsr olunmuş rəsm və inşa yazı müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).
3.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsin.
4.Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.
5.Müsabiqə qaliblərinin mükafatlandırılması ilə əlaqədar lazımi tədbirlərin görülməsi müdir müavini N.Səfərovaya tapşırılsın.
6.Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
7.İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.
8.Əmrin icrasına nəzarət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini M.Kəsəmənliyə həvalə olunsun.
Əsas: Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2015-ci il üçün Fəaliyyət Planı.
Nazir müavini,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdir səlahiyyətlərini müvəqqəti icra edən:
Ceyhun Bayramov
28.10.2015
Bakı şəhəri ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri arasında Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə həsr olunmuş rəsm və inşa
yazı müsabiqəsinin
ƏSASNAMƏSİ
I. Məqsəd və vəzifələr
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 20 illiyi ilə əlaqədar məktəblilər arasında maarifləndirmə işinin aparılması;
Konstitusiyanın mahiyyəti, əsasları və prinsiplərinin öyrədilməsi;
hüquqi biliklərin daha da artırılması;
hüquqi dövlət quruculuğunda fəal iştiraka hazırlıq.
II. İştirakçılar və şərtlər
Rəsm və inşa yazı nominasiyaları üzrə müsabiqənin iştirakçıları ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin IX-XI sinif şagirdləridir.
Rəsmlərin işlənmə texnikası sərbəstdir. Rəsmlər A3 və A4 formatında hazırlanmalıdır.
İnşa yazı nominasiyasına Azərbaycan və rus bölməsi üzrə hər məktəbdən yalnız 3 iş (IX sinif – 1iş, X sinif -1 iş, XI sinif -1 iş) təqdim edilir.
İnşa yazıdakı sözlərin sayı 250-dən az olmamalıdır.
III. Qaliblərin müəyyənləşdirilməsi
Qiymətləndirmə zamanı aşağıdakı kriteriyalara üstünlük verilir:
rəsm işinin mövzuya uyğunluğu, müəllifin yaradıcılıq bacarığı, işin orjinallığı, keyfiyyəti;
inşa yazının mövzuya uyğunluğu, aktuallığı, işin həcmi, müəllifin sərbəst fikir yürütmə bacarığı.
İnşa yazılar 5 bal sistemi ilə qiymətləndirilir.
Rəsm işi və inşa yazı müəllifləri haqqında məlumat 12 noyabr 2015-ci il tarixədək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun elektron ünvanına mk@bakuedu.gov.az göndərilir.
Rəsm işləri (müəllifin adı, soyadı, yaşı, təhsil aldığı müəssisə göstərilməklə) Bakı şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinə təqdim edilir (ünvan: S.Vurğun küçəsi, 94, əlaqə telefonu 597-14-83).
Müsabiqənin yekun mərhələsi 15 – 20 noyabr 2015-ci il tarixlərdə keçirilir.
IV. Qaliblərin mükafatlandırılması
Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılır.
V. SİFARİŞ forması
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin N20 illiyinə həsr olunmuş rəsm və inşa yazı müsabiqəsinin şəhər mərhələsinin Təşkilat komitəsinə
№ |
İştirakçıların adı, soyadı və atasının adı |
Təhsil məssisəsi, sinif ( yaş) |
Müsabiqənin növü |
Ünvan, əlaqə telefonu |
||
Rəsm |
İnşa |
|||||
Azərbaycan bölməsi |
Rus bölməsi |
|||||
1 |
|
|
|
|
|
|
2 |
|
|
|
|
|
|
3 |
|
|
|
|
|
|