İnşa yazı müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil  müəssisələrində  uşaq və  gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2015-ci il üzrə birgə Fəaliyyət Planına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Milli-mənəvi dəyərlər haqqında düşüncələrim"  mövzusunda inşa yazı müsabiqəsinin keçirilməsi barədə 19.10.2015-ci il tarixli 1009  nömrəli  əmrinin  icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.10.2015-ci il tarixli 1009  nömrəli  əmri icra üçün qəbul edilsin.

2.Bakı  şəhəri  ümumtəhsil məktəblərinin  IX-XI  sinif şagirdlərinin iştirakı ilə  "Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsi 2015-ci ilin oktyabr - dekabr  ayları ərzində keçirilsin.

3.Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

4.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin yüksək səviyyədə keçirilməsini  təmin etsin.

5.Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq    müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

6.Ümumi sektor (S.Rəsulova) əmrin  əlavələrlə birlikdə çoxaldılıb yerlərə  çatdırılmasını təmin etsin.

7.İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet  saytında yerləşdirilməsini  təmin etsin. 

8.Əmrin icrasına nəzarət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini M.Kəsəmənliyə həvalə olunsun.

 

Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.10.2015-ci il tarixli 1009 nömrəli əmri.

           

             Nazir  müavini, 

             Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin 

             müdir  səlahiyyətlərini müvəqqəti  icra edən:

 Ceyhun  Bayramov

                                                                                                                     

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 Bakı  Şəhəri üzrə Təhsil  İdarəsinin                           

“___” ___________ 2015-ci il tarixli

 ___ №-li əmri ilə təsdiq edilmişdir.

 

 

 

Bakı şəhəri ümumtəhsil məktəblərinin IX-XI  sinif şagirdlərinin

iştirakı ilə  "Milli-mənəvi dəyərlər haqqında düşüncələrim"

mövzusunda inşa yazı müsabiqəsinin

 

ƏSASNAMƏSİ

 

I. Müsabiqənin məqsədi

 

Məktəblilərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması

 

II. Müsabiqənin təşkili və keçirilmə qaydaları

 

İnşa yazı müsabiqəsi Azərbaycan və rus bölmələri üzrə iki mərhələdə keçirilir:

I mərhələ (məktəbdaxili) – 1-10 noyabr  2015-ci il tarixlərində təhsil müəssisələrində.

II mərhələ (şəhər) – 16-18 noyabr 2015-ci il tarixlərində 42 nömrəli tam orta məktəbdə.

İnşa yazıdakı sözlərin sayı  250 - dən az olmamalıdır.

 

  

III. Qaliblərin müəyyənləşdirilməsi

 

İnşa yazılar 5 bal sistemi ilə qiymətləndirilir.

Məktəbdaxili yarışmada qalib gələn uşaqların inşa yazıları –hər məktəbdən  yalnız 3 iş (IX sinif – 1iş, X sinif -1 iş, XI sinif -1 iş)  növbəti mərhələdə iştirak etmək üçün hüquq qazanır və şəhər Təşkilat komitəsinə təqdim edilir.

Şəhər mərhələsi üzrə qalib gələn 10 şagird respublika  mərhələsinə vəsiqə qazanır.

 

IV. Qaliblərin mükafatlandırılması

 

Qaliblər  Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplomla mükafatlandırılır.

 

          V. SİFARİŞ forması

 

İnşa yazı müsabiqəsinin I mərhələsinin qalibləri haqqında məlumat 13  noyabr 2015-ci il tarixinədək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun  elektron ünvanına mk@bakuedu.gov.az göndərilir.

 

 

"Milli-mənəvi dəyərlər haqqında düşüncələrim"mövzusunda keçirilən inşa yazı müsabiqəsinin şəhər mərhələsinin

Təşkilat komitəsinə

 

İştirakçıların adı, soyadı və atasının adı

 Təhsil müəssisəsi,           sinif ( yaş)

               İnşa

Ünvan, əlaqə telefonu

 

Azərbaycan bölməsi

 

 

 Rus bölməsi

1

 

 

 

 

 

 

2

 

 

 

 

 

3