20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün qeyd edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Azərbaycan  Respublikası təhsil nazirinin  “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün  qeyd edilməsi barədə”  08.01.2016-cı il tarixli 08 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1.Azərbaycan Respublikası  təhsil nazirinin  “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün  qeyd edilməsi barədə”  08.01.2016-cı il tarixli 08 nömrəli əmri icra üçün qəbul edilsin.

2.Əmrin icrası ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

3.Tədbirlər planına müvafiq olaraq təhsil müəssisələrində 11 - 20 yanvar 2016-cı il tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçirilsin.

4.Təhsil müəssisələrinin rəhbərləri əmrin icrası ilə əlaqədar görülmüş işlər barədə hesabatları 23 yanvar 2016-cı il tarixədək  Təhsil İdarəsinə təqdim etsinlər.

5.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünə həsr olunmuş tədbirlərin yüksək səviyyədə keçirilməsini təmin etsin.

6.Ümumi sektor (S.Rəsulova) əmrin və Tədbirlər planının çoxaldılıb  yerlərə  çatdırılmasını təmin etsin.

7.İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) əmrin və Tədbirlər planının icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet  saytında yerləşdirilməsini  təmin etsin. 

8.Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin.

 

Əsas: Azərbaycan  Respublikası  təhsil  nazirinin  08.01.2016-cı il tarixli, 08 nömrəli əmri.

 

 

Bakı  Şəhəri  üzrə Təhsil  İdarəsinin 
müdiri Məhəbbət Vəliyeva   

11 yanvar 2016 - cı il 

№ 05


 

Əlavə: Tədbirlər Planı