“Zəfər tarixi” adlı  konfransların keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası Təhsil Nazirliyinin  “27 sentyabr Anım Günü və  8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının  təsdiq edilməsi  barədə” 07.09.2021-ci il tarixli F-429  nömrəli  əmri və “2021/2022-ci  tədris ilində ümumi təhsilin  fəaliyyət istiqamətləri barədə” 21.09.2021-ci il tarixli F-450 nömrəli əmrinin icrasını təmin etmək, təhsilalanları Zəfər tariximiz barədə məlumatlandırmaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq, gənc nəsli vətənpərvərlik  ruhunda tərbiyə etmək məqsədilə  “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin  tabeliyində olan  ümumi  təhsil müəssisələrində     müəllim və şagirdlərin iştirakı ilə 2022-ci ilin aprel-noyabr aylarında “Zəfər tarixi” adlı silsilə konfranslar keçirilsin.

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri konfransların yüksək səviyyədə keçirilməsini təmin etsinlər və 25 noyabr 2022-ci il tarixədək görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə məlumat versinlər.

3. İnkişaf layihələri sektoru (Günay Qurbanova) bu əmrdən irəli gələn məsələləri həll etsin.

4. Maliyyə və mühasibatlıq sektoru (Elmira  Mehdiyeva) bu əmrdən  irəli gələn maliyyə məsələlərini həll etsin.

5. Təminat və təchizat sektoru (Səccət Mahmudov) bu əmrdən irəli gələn təchizat məsələlərini həll etsin.

6. Ümumi sektor (Sevinc Rəsulova) əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin İdarənin rəsmi internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.

8. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.

 

Əsas: Bakı Şəhəri  üzrə  Təhsil İdarəsinin 2022-ci il üçün Fəaliyyət  planı.

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri

18 aprel  2022-ci il

                                                                                        № F-146


 

Tədbirlər planı