“Hekayəni paylaş” (“Share your story”) videotəqdimat müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Şagirdlərdə özünüifadə bacarığının təkmilləşdirilməsi, ingilis dilində səlis və düzgün danışıq səriştəsinin inkişaf etdirilməsi məqsədi ilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin Vlll-Xl sinif şagirdləri arasında 2022-ci ilin oktyabr-dekabr aylarında “Hekayəni paylaş” (“Share your story”) videotəqdimat müsabiqəsi keçirilsin.

2. Müsabiqənin keçirilmə qaydaları və Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Müsabiqə iştirakçılarının müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilməsi üçün Münsiflər heyəti yaradılsın (əlavə olunur).

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri müsabiqənin keçirilmə qaydalarına uyğun olaraq, şagirdlərin müsabiqədə iştirakını təmin etsin və 25 oktyabr 2022-ci il tarixədək məktəblilərin hazırladıqları videotəqdimatları Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etsinlər.

5. İnkişaf layihələri sektoru (Günay Qurbanova) bu əmrdən irəli gələn məsələləri təmin etsin.

6. Maliyyə və mühasibatlıq sektoru (Elmira Mehdiyeva) müsabiqənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

7. Təminat və təchizat sektoru (Səccət Mahmudov) müsabiqənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

8. Ümumi sektor (Sevinc Rəsulova) əmrin əlavələrlə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

9. İctimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin və müsabiqənin keçirilmə qaydalarının İdarənin rəsmi internet saytında  yerləşdirilməsini və keçirilən tədbirlərin  kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.

10. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.

 

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2022-ci il üzrə Fəaliyyət Planı

 

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri

30 sentyabr 2022-ci il

                                                                                        № F-306


 

            Müsabiqənin keçirilmə qaydaları