“Zəfər” məktəblilərarası 1-ci tarix olimpiadasının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən müharibəsində qazanılmış qələbəmizi və qəhrəman ordumuzun zəfər yolunu şagirdlərin hərtərəfli öyrənməsinə nail olmaq, həmçinin istedadlı şagirdləri üzə çıxarmaq məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı şəhəri ümumtəhsil müəssisələrinin VIII-X sinif şagirdləri arasında 2022-ci ilin oktyabr-dekabr aylarında “Zəfər” məktəblilərarası 1-ci tarix olimpiadası keçirilsin.

2. Olimpiadanın keçirilməsi üzrə təlimat və Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri Olimpiadanın keçirilməsi üzrə təlimata uyğun olaraq olimpiadanın yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

4. Olimpiada 3 mərhələ - məktəb, şəhər və final mərhələsi üzrə keçirilsin.

5. İnkişaf layihələri sektoru (Günay Qurbanova) bu əmrdən irəli gələn məsələləri həll etsin.

6. Təminat və təchizat sektoru (Səccət Mahmudov) layihənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

7. Maliyyə və mühasibatlıq sektoru (Elmira Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

8. Ümumi sektor (Sevinc Rəsulova) əmrin əlavəsi ilə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

9. İctimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin və təlimatın İdarənin rəsmi internet saytında yerləşdirilməsini və Olimpiada ilə bağlı keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.

10. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2022-ci il üzrə Fəaliyyət Planı.

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri

31 oktyabr 2022-ci il

                                                                                        № F-362


“Zəfər” məktəblilərarası I tarix olimpiadasının keçirilməsi üzrə təlimat