“Zərərli vərdişlərə birlikdə yox deyək!” layihəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Qeyri-sağlam həyat tərzinin əsasını təşkil edən zərərli vərdişlər nəinki insanın özünə, onun ailəsinə, ətrafına və yaşadığı cəmiyyətə ciddi ziyan vurur. Bu vərdişlərin forması və sayı getdikcə artır və insan cəmiyyətinə öz mənfi təsirlərini göstərir. Zərərli vasitələrdən istifadə adətən, yeniyetməlik dövründən başlayır. Bu vasitələrin yeniyetmələrin həyatına daxil olmaması üçün ailə və məktəb birgə işləməlidir. Şagirdləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə olan marağını artırmaq məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı şəhəri ümumi təhsil müəssisələrinin VII - XI sinif şagirdlərinin iştirakı ilə “Zərərli vərdişlərə birlikdə yox deyək!” layihəsi keçirilsin.

2. Layihənin icrası bu əmrlə təsdiq olunmuş Tədbirlər planına uyğun həyata keçirilsin (əlavə olunur).

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumitəhsil müəssisələrinin rəhbərləri Tədbirlər planının icrasını təmin etsinlər və 2022-ci ilin dekabr və 2023-cü ilin iyun aylarında görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə məlumat versinlər.

4. İnkişaf layihələri sektoru (Günay Qurbanova) və Ümumi təhsil sektoru (Fuad Babayev) bu əmrdən irəli gələn məsələləri həll etsin.

5. Maliyyə və mühasibatlıq sektoru (Elmira Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin

6. Təminat və təchizat sektoru (Səccət Mahmudov) layihənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin

7. Ümumi sektor (Sevinc Rəsulova) əmrin əlavəsi ilə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

8. İctimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin və Tədbirlər planının İdarənin rəsmi internet saytında  yerləşdirilməsini və keçirilən tədbirlərin  kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.

9. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova  həvalə edilsin.

 

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2022-ci il üzrə Fəaliyyət Planı.

 

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri

30 sentyabr 2022-ci il

                                                                                        № F-305


Tədbirlər planı