“Son zəng” tədbiri haqqında Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Ümumi təhsil müəssisələrində ənənəvi “Son zəng” tədbirinin keçirilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 07.06.2023-cü il tarixli, 3-29/3-2-339F/2023 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 07.06.2023-cü il tarixli, 3-29/3-2-339F/2023 nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilsin.

“Son zəng” tədbiri 14 iyun 2023-cü il tarixdə hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və akt zallarında təşkil olunsun.

Ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:

“Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin dəvət olunması tövsiyə edilsin.

“Son zəng”in keçirilməsi müddətində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülsün.

Media və ictimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin İdarənin rəsmi internet saytında yerləşdirilməsini və “Son zəng” tədbirlərinin KİV-də işıqlandırılmasını təmin etsin.

Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektoru (Kamran Əliyev) əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 07.06.2023-cü il tarixli, 3-29/3-2-339F/2023 nömrəli əmri.

 

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri

13 iyun 2023-cü il

                                                                                        № 3-29-59/3-2-227F/2023