Əmrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.09.2020-ci il tarixli, F-426 nömrəli əmri verilmişdir. Təhsil Nazirliyinin qeyd olunan əmrinin icrasını təmin etmək məqsədilə, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) 14.09.2020-ci il tarixli, F-426 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (bundan sonra – İdarə) tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:

2.1. tədris və təlim-tərbiyə prosesinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na (bundan sonra – Qaydalar) uyğun həyata keçirilməsini təmin etsinlər (əlavə olunur).

2.2. Qaydalarda qeyd olunanlar barədə rəhbərlik etdikləri təhsil müəssisəsinin pedaqoji, işçi heyətinin, təhsilalanların və valideynlərin məlumatlandırılmasını təmin etsinlər;

3. Ümumi təhsil sektoru (F.Babayev) İdarənin tabeliyindəki olan təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin Qaydalara uyğun həyata keçirilməsinə nəzarəti təmin etsin.

4. İdarənin Ümumi sektoruna (S.Rəsulova) tapşırılsın ki, bu əmrin surətlərinin çoxaldılaraq İdarənin bütün struktur bölmələrinə və tabeliyində olan təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

5. İctimaiyyətlə Əlaqələr sektoru (B.Məmmədov) bu əmrin İdarənin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

Əsas: “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.09.2020-ci il tarixli, F-426 nömrəli əmri

 

    

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

15 sentyabr 2020-ci il

                                                                                        № F-171