Məmmədov Anar Kazım oğlu 1979-cu ildə anadan olub.
2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib.
2002-2010-cu illərdə müxtəlif yerli və beynəlxalq araşdırma şirkətlərində çalışıb, eyni zamanda “Səmərəli ünsiyyət texnikaları”, “Arqumentasiya və inandırma”, “Özünüinkişaf potensialının qiymətləndirilməsi”, “İdarəçilik modellərinin təhsildə tətbiqi” kimi bir sıra təlim modullarının müəllifi olub.
2010-2014-cü illər ərzində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar liseyinin, 2014-2017-ci illərdə “İstək” liseylərinin direktoru vəzifəsində çalışıb. 2017-2022-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini olub.
2014-2020-ci illərdə Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən bir sıra layihələrdə ekspert qismində çıxış edib. Finlandiya, Sinqapur, ABŞ və digər ölkələrdə təlim səfərlərində olub.
Azərbaycan Respublikası elm və təhsil nazirinin 2022-ci il 1 dekabr tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, iki övladı var.