Orxan Teymur oğlu Kərimov

Kərimov Orxan Teymur oğlu 1987-ci ildə Bakı şəhərində anadan olub.

2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsini “Maliyyə-kredit” ixtisası üzrə bitirərək bakalavr, 2011-2012-ci illərdə Birləşmiş Krallığın Belfast şəhərindəki Queens Universitetinin Menecment fakültəsini “Maliyyə və mühasibatlıq” ixtisası üzrə bitirərək  magistr elmi dərəcəsini alıb.

2012-2017-ci illərdə SOCAR-ın müxtəlif idarələrində mühasib və iqtisadçı, 2017-2020-ci illərdə “Deloitte” şirkətində auditor vəzifəsində işləyib. 2020-ci ildə Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 26 fevral tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilib. 

Ailəlidir, 1 övladı var.