Turanə Aslan qızı Məcidli 

Məcidli Turanə Aslan qızı 1990-cı ildə Bakı şəhərində anadan olub.

2013-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin bakalavr, 2015-ci ildə isə magistr səviyyələrini bitirib. 

2015-ci ildən pedaqoji fəaliyyətə başlayıb. Bakı şəhəri 329 nömrəli tam orta ümumtəhsil məktəbində və Bakı Modern Təhsil Kompleksində kimya müəllimi işləyib.

2022-ci ildə Bakı şəhəri 106 nömrəli tam orta ümumtəhsil məktəbində direktor müavini, 2023-2025-ci illərdə 2 nömrəli Texniki-humanitar liseydə direktor vəzifələrində çalışıb.

2024-cü ildən Azərbaycan Respublikasının Təhsil İnstitutunda “Təhsilin təşkili və planlaşdırılması” ixtisası üzrə doktorantura təhsili alır.

2025-ci ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsində fəaliyyət göstərib.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi direktorunun 7 aprel 2026-cı il tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.

Ailəlidir, 2 övladı var.