1982-ci ildə Gəncə şəhərində anadan olub.
1999-2003-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində Mühasibat uçotu və Audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdə həmin ixtisas üzrə magistr təhsilini alıb. 2013-2014-cü illərdə Azərbaycan respublikası Xaricdə Təhsil Dövlət Proqramı və ABŞ-ın "Fulbright" Tələbə Proqramını qazanaraq Florida Universitetində magistr təhsilini davam etdirib.
2005-2013-cü illərdə maliyyə sahəsində müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildən Təhsil Nazirliyində Dünya Bankının Təhsil sektorunun İnkişafı üzrə II layihəsində milli məsləhətçi, 2016-2017-ci illərdə isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda Keyfiyyətə nəzarət və monitorinq şöbəsinin müdiri vəzifələrində çalışıb.
2017-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri, 2018-2020 illərdə Keyfiyyətə nəzarət sektorlarının müdiri vəzifəsində çalışıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 20 iyul 2020-ci il tarixli əmri ilə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri, Azərbaycan Respublikası təhsil nazirinin 29 aprel 2022-ci tarixli əmrinə əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
30 oktyabr 2024-cü il tarixindən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi direktorunun əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.
Ailəlidir, 2 övladı var.