Fəttah Müştəba oğlu Fəttayev 

Fəttayev Fəttah Müştəba oğlu 1969-cu ildə Yardımlı rayonunda anadan olub.

1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə 1992-ci ildə Yardımlı rayonunda fizika-riyaziyyat müəllimi kimi başlayıb. 1997-2019-cu illərdə Bakı Slavyan Universitetinin nəzdində Məktəb-Lisey Kompleksində pedaqoji fəaliyyətlə məşğul olub.

2019-2026-ci illərdə Bakı şəhəri 161 və 214 nömrəli tam orta ümumtəhsil məktəblərində direktor vəzifəsində fəaliyyət göstərib.

2012-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub, 2016-cı ildə Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülüb, 2023-cü ildə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.

10-dan artıq elmi məqalənin, 8 kitabın, o cümlədən 6 dərs vəsaitinin müəllifidir.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi direktorunun 7 aprel 2026-cı il tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.

Ailəlidir, 3 övladı var.