Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vakansiyası haqqında məlumat

Ümumi

Biz çox şadıq ki, siz rəhbər vakansiya üzrə öz namizədliyinizi irəli sürmək qərarına gəlmisiniz.

Siz ümumi təhsil müəssisəsində təşkilatçı vəzifəsində çalışmaq üçün təşəbbüs göstərirsiniz.  Əminik ki, siz bu təşəbbüsün şəxsi və karyera inkişafı baxımından təqdirəlayiq olduğunu anladığınız kimi məsuliyyətli olduğunu da hiss edirsiniz.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində daxili mühiti və icma baxımından fərqlənən üç yüzdən artıq ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrin hər birinin qarşısında duran ən ümdə vəzifə keyfiyyətli təhsil verməklə  gələcəyin vətəndaşının yetişdirilməsi üçün münbit şərait yaratmaqdan ibarətdir.

 

Namizədə olan tələblər

 

Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı əsas funksional idarəedicilərdən biri olaraq məktəbdə tərbiyə işinə rəhbərlik edir. O, müəllim, psixoloq, tərbiyəçi, uşaq birliyi təşkilatı, sinif, dərnək rəhbərləri, valideynlər, ictimai təşkilatlar, şagird özünüidarə və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işini təşkil edir. Həmçinin gənclərin milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, çağırışaqədərki hazırlığına, fiziki inkişafına və bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinə rəhbərlik edir. Müvafiq tədris müəssisələri, yaradıcılıq mərkəzləri, idarə və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi tədbirlər keçirir. Təhsil alan uşaqlar arasında hüquq pozuntularına qarşı geniş miqyaslı profilaktik işi təşkil edir. Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında”, “Gənclər siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasını, təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını, Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar və əmrlərini, məktəbdənkənar təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir təhsil proqramlarının hazırlanmasını, qabaqcıl təlim-tərbiyə metodlarını, pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini, uşaqların asudə vaxtlarının səmərəli təşkili yollarını, informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini, tərbiyənin tədrislə vəhdətini, fəal təlim, sosial-psixoloji ünsiyyət metodlarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını bilməlidir.

 

Müasir Azərbaycan məktəblərinin idarə edilməsi, ilk növbədə fərqli xüsusiyyətlərə malik komanda üzvləri ilə çalışma və diqqətini daim ümumi məqsədlər üzərində cəmləmə kimi  keyfiyyətlər tələb edir. Siz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbində rəhbər vəzifəni tutmaq arzusunu ifadə etməklə paytaxta xas olan situasiya, fərqli mühit və insanlarla, habelə tez-tez dəyişən şəraitdə çalışmağa hazır olduğunuzu iddia etmiş olursunuz.

 

 

Mütləq

Arzu olunan

Təhsil:

Ali pedaqoji və ya idarəetmə ixtisası üzrə

 

Təcrübə:

3 ildən az olmayaraq pedaqoji staj

 

Sistem üzrə:

  • Təhsilin təşkili və idarəedilməsində müvafiq səriştələr və yüksək məlumatlılıq dərəcəsi;
  • Dövlət təhsil standartları haqqında müvafiq biliklər;
  • Vakant vəzifə üzrə əmək funksiyaları
  • Fənn üzrə sertifikasiya balı minimum 40, sertifikasiya imtahanları keçirilməyən ixtisaslar üzrə diaqnostika balı minimum 42;
  • Plan və hesabat əsaslı çalışma.

 

Xarici dil biliyi:

  • -

İngilis və ya rus dillərindən biri

İKT səriştələri:

Sərbəst çalışma səriştələri:

  • Word
  • Excel
  • Power point
  • İnternet
  • Smart board
  • Digər proqramlar

Sosial– emosional səriştələr

  • Emosional, qeyri-stabil vəziyyətlərdə çalışma;
  • Sərbəst nitq qabiliyyəti;
  • Müxtəlif mədəniyyətlərə qarşı tolerantlıq və fərqli komanda üzvləri ilə çalışa bilmək.
  •  

 

İş şəraiti:

  • Məktəbin müəyyən edilmiş  iş rejimi;
  • Dəyişən dövrün tələblərinə xas olan idarəçilik proseslərində yaxından iştirak və bununla da inkişaf etmək imkanları;
  • Özünü fərdi və komanda üzvü kimi ifadə etmək imkanları;
  • Məktəbin rəhbəri ilə birbaşa çalışmaq imkanı.

 

Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıdan gözləntilər

  • Komanda işi təşkil etməklə yüksək produktivlik nümayiş etdirmək;
  • Məktəbin inkişaf etdirilməsi mütləq olan sahələrini müəyyən etməklə nəticəyönümlü fəaliyyət təşkil etmək;
  • Müəllim, sinif rəhbərləri və psixoloqla sıx əməkdaşlıq etmək;
  • Mütəmadi olaraq valideyn və şagirdlərlə görüşlərin keçirilməsi;
  • Rəhbərliyin qərarı əsasında məktəbi müxtəlif tədbirlərdə təmsil etmək;
  • İl ərzində illik fəaliyyət planı əsasında məktəbdaxili tədbirlərin təşkilində və  keçirilməsində iştirak etmək;
  • Müxtəlif plan, proqramların tərtibatında iştirak və prosesə rəhbərlik etmək;
  • Müəllimlərin peşəkar inkişafının təmin edilməsi imkanlarını müəyyən etmək;
  • Şagirdlərdə həyati bacarıqların inkişaf etdirilməsi üçün müxtəlif yollar axtarmaq;
  • Daim yerli və beynəlxalq təcrübələri araşdırmaq;
  • Məktəbdaxili sağlam, korporativ mühitin formalaşdırılmasında yaxından iştirak etmək.

 

Tabelilik

Çalışdığı ümumi təhsil müəssisəsinin direktorunun birbaşa tabeliyindədir.

 

Kimlər tövsiyə olunur

  1. Məktəbin tərbiyə işlərinin təşkilinə rəhbərlik edəcək təcrübəyə malik olan şəxslər;
  2. Pedaqogika sahəsində müvafiq staja və təcrübəyə malik olan şəxslər;
  3. Ümumi təhsil məktəblərində rəhbər vəzifənin məsuliyyətini öz üzərinə götürməyə hazır olan şəxslər.

Kimlərə tövsiyə olunmur

  1. Rəhbər vəzifənin yalnız səlahiyyət mənbəyi hesab edən şəxslər;
  2. Komanda şəklində deyil fərdi idarəçiliyə meyl edən şəxslər;
  3. Yetərli təcrübəyə malik olmayan şəxslər.

    

İmtahan prosesi

 

1.İmtahan prosesi iki - test və müsahibə mərhələsindən ibarətdir:

1.1.Test mərhələsi: Bu mərhələ vakansiya verilmiş vəzifə, İKT səriştələri və məntiq üzrə test suallarının cavablandırılmasından ibarət olacaq. Test 100 bal təşkil edən 40 sualdan ibarətdir. Vəzifə üzrə hər biri 3 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 2 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 2 bal olmaqla 10 sualdan ibarətdir. Keçid həddi (ixtisas üzrə minimum 30 bal, İKT üzrə minimum 10 bal, məntiq üzrə də minimum 10 bal olmaq şərtilə) 50 bala bərabərdir. 50 və 50 baldan çox toplamış namizədlər müsahibə mərhələsinə dəvət ediləcəklər.

1.2.Müsahibə mərhələsində namizədə 5-15 dəqiqə ərzində ixtisas üzrə açıq və praktik suallar veriləcək.

1.3.Müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Uğurla keçib yerləşdirilməyən şəxslər isə ehtiyat kadr bazası siyahısına daxil ediləcəklər. Ehtiyat kadrlar bazasına daxil olan şəxslərin vakant vəzifəyə yerləşdirilməsi iki il ərzində həyata keçirilə bilər.

 

2.İmtahan və müsahibəyə necə hazırlaşmaq olar?

2.1.Vəzifə üzrə: Məlumdur ki, rəhbər vəzifədə çalışmaq müxtəlif vəziyyətlərdə adekvat və operativ addımların atılmasını tələb edən bir məsuliyyətdir. Odur ki, ixtisas üzrə test sualları və müsahibə mərhələsinə hazır olmaq üçün dövlət təhsil standartları, əmək qanunvericiliyi, yetkinlik yaşına çatmayan uşaqlarla iş prinsipləri, pedaqogika, psixologiyanın əsasları, məktəbdaxili mühitin idartəolunması, Pedaqoji Şuranın fəaliyyəti haqqında müvafiq məlumatlarla yaxından tanış olmaq tələb olunur.

2.2.Məntiq üzrə test suallarının cavablandırılması məntiqi təfəkkürün və analitik düşüncənin tətbiqini tələb edir.

2.3.İKT səriştələrinin ölçülməsinə dair test sualları praktiki xarakterli sual və ya tapşırıqlardan ibarətdir.

 

Müsahibədə iştirak edən namizədlərə uğurlar arzulayırıq!

 

Qeydiyyat

İmtahanda iştirak etmək üçün qeydiyyat linki