Ümumi
Biz çox şadıq ki, siz bu vakansiya üzrə öz namizədliyinizi irəli sürmək qərarına gəlmisiniz.
Siz ümumi təhsil müəssisəsində rəhbər vəzifədə çalışmaq üçün təşəbbüs göstərirsiniz. Əminik ki, siz bu təşəbbüsün şəxsi və karyera inkişafı baxımından təqdirəlayiq olduğunu anladığınız kimi məsuliyyətli olduğunu da hiss edirsiniz.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində daxili mühiti və icma baxımından fərqlənən üç yüzdən artıq ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrin hər birinin qarşısında duran ən ümdə vəzifə keyfiyyətli təhsil verməklə gələcəyin vətəndaşının yetişdirilməsi üçün münbit şərait yaratmaqdan ibarətdir.
Namizədə olan tələblər
Təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri əsas funksional idarəedicilərdən biri olaraq müəssisənin təsərrüfat həyatını idarə edir, maliyyə-təsərrüfat sənədlərinə, maddi-texniki bazasının qorunmasına görə məsuliyyət daşıyır.
Təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, mövcud qanunvericilikdən irəli gələn sərəncam, əmr, təlimat, direktorun vəzifə səlahiyyətləri çərçivəsində göstəriş və tapşırıqlarını əsas götürməlidir. Yəni təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri bir tərəfdən təsərrüfat inventarlarının qorunub saxlanılmasını, binanın, kabinetlərin və sinif otaqlarının, ərazinin təmiz saxlanılmasını təmin etməli, kabinetlərdə və sinif otaqlarında, idman zalında, yeməkxanada sanitar-gigiyenik vəziyyəti nəzarətdə saxlamalı, binada cari təmir işlərinin aparılmasını, onun avadanlıqlarla, inventar və materiallarla təchiz olunmasını, yanğından mühafizə qaydalarına düzgün əməl olunmasını və istehsalat sanitariyasını təmin etməli, digər tərəfdən dəyişən şəraitdən asılı olaraq operativ qərarları qəbul edə bilməli və dünyanın aparıcı təhsil trendləri ilə ayaqlaşmağa hazır olmalıdır.
Müasir təhsil ocağının idarə edilməsi ilk növbədə fərqli xüsusiyyətlərə malik komanda üzvləri ilə çalışma və diqqətini daim ümumi məqsədlər üzərində cəmləmək kimi keyfiyyətlər tələb edir. Siz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbində rəhbər vəzifəyə gəlmə arzusunu ifadə etməklə paytaxta xas olan situasiya, fərqli mühit və insanlarla, habelə tez-tez dəyişən şəraitdə çalışmağa hazır olduğunuzu iddia etmiş olursunuz.
|
Mütləq |
Təhsil: |
Ali təhsil və ya orta ixtisas təhsili |
Təcrübə: |
İnzibati-təsərrüfat işlərində ən azı 3 il staj |
Sistem üzrə: |
“Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını, təsərrüfat xidməti üzrə işin yerinə yetirilməsinin təşkilini, xidmətçi heyətin əməyindən səmərəli istifadə yollarını, binanın istismar olunmasının təşkilinin əsaslarını, əmək qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını. |
Xarici dil biliyi: |
- |
İKT səriştələri: |
Sərbəst çalışma səriştələri:
|
Sosial-emosional səriştələr |
|
İş şəraiti
Namizəddən olan gözləntilər
Tabelilik
Çalışdığı ümumi təhsil müəssisəsinin direktorunun birbaşa tabeliyindədir.
Kimlər tövsiyə olunur
Kimlərə tövsiyə olunmur
İmtahan prosesi
1.İmtahan prosesi iki - test və müsahibə mərhələsindən ibarətdir:
1.1.Test mərhələsi: Bu mərhələ vakansiya verilmiş vəzifə, İKT səriştələri və məntiq üzrə test suallarının cavablandırılmasından ibarət olacaq. Test 100 bal təşkil edən 40 sualdan ibarətdir. Vəzifə üzrə hər biri 3 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 2 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 2 bal olmaqla 10 sualdan ibarətdir. Keçid həddi (ixtisas üzrə minimum 30 bal, İKT üzrə minimum 10 bal, məntiq üzrə minimum 10 bal olmaq şərtilə) 50 bala bərabərdir. 50 və 50 baldan yuxarı toplamış namizədlər müsahibə mərhələsinə dəvət ediləcəklər.
1.2.Müsahibə mərhələsində namizədə 5-15 dəqiqə ərzində ixtisas üzrə açıq və praktik suallar veriləcək.
1.3.Müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Uğurla keçib yerləşdirilməyən şəxslər isə ehtiyat kadr bazası siyahısına daxil ediləcəklər. Ehtiyat kadrlar bazasına daxil olan şəxslərin vakant vəzifəyə yerləşdirilməsi iki il ərzində həyata keçirilə bilər.
2.İmtahan və müsahibəyə necə hazırlaşmaq olar?
2.1.Vəzifə üzrə: Məlumdur ki, rəhbər vəzifədə çalışmaq müxtəlif vəziyyətlərdə adekvat və operativ addımların atılmasını tələb edən bir məsuliyyətdir. Odur ki, ixtisas üzrə test sualları və müsahibə mərhələsinə hazır olmaq üçün dövlət təhsil standartları, əmək qanunvericiliyi, yetkinlik yaşına çatmayan uşaqlarla iş prinsipləri, pedaqogika, psixologiyanın əsasları, məktəbdaxili mühitin idarə olunması, Pedaqoji Şuranın fəaliyyəti, digər təlim və tədris istiqamətləri haqqında müvafiq məlumatlarla yaxından tanış olmaq tələb olunur.
2.2.Məntiq üzrə test suallarının cavablandırılması məntiqi təfəkkürü və analitik düşüncənin tətbiqini tələb edir.
2.3.İKT səriştələrinin ölçülməsinə dair test sualları praktiki xarakterli sual və tapşırıqlardan ibarətdir.
Müsahibədə iştirak edən namizədlərə uğurlar arzulayırıq!
Qeydiyyat
İmtahanda iştirak etmək üçün qeydiyyat linki