Elektron ərizə qəbuluna başlanılır
Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ – nin tabeçiliyində olan məktəblərə qəbulla əlaqədar olaraq 20 iyul 2014 – cü il tarixindən elektron ərizələrin qəbuluna başlanılacaqdır. Elektron ərizələrin qəbulu avqust ayının 20 – dək davam edəcəkdir.
Elektron ərizə qəbulu üçün vətəndaşlar www.bakuedu.az saytında yerləşdiriləcək ərizə formasını doldurmaqla öz uşaqlarını qeydiyyatdan keçirə bilərlər. Qeydiyyat zamanı vətəndaşlar elektron ərizə ilə yanaşı uşağın doğum haqqında şəhadətnaməsinin surətini və 3x4 sm ölçüdə 1 ədəd fotoşəklini də əlavə etməlidirlər.
Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31 - dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir
XÜSUSİ İSTEDADA MALİK UŞAQLARIN |
XÜSUSİ İSTEDADA MALİK UŞAQLARIN VAXTINDAN ƏVVƏL I SİNFƏ QƏBULUNUN
|